NATO generalı Bakıya gəldi: Moskva narahat oldu

0
29

NATO-nun Cənubi Qafqazdakı fəaliyyəti istər Azərbaycanda, istərsə də Ermənistanda olmasından asılı olmayaraq, dağıdıcı xarakter daşıyır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru general Yanuş Adamçakın Bakıya son səfərini belə şərh edib.

Səfər zamanı Qərb rəsmisi bəyan edib ki, NATO Azərbaycanla əməkdaşlığın yeni çərçivələrini nəzərdən keçirir, hərbi hazırlıq, əməliyyat uyğunluğu, sabitlik və müdafiə potensialının inkişafına xüsusi diqqət yetirir.

Zaxarovanın sözlərinə görə, NATO-nun əsl məqsədi regionu Rusiya ilə qarşıdurma teatrına çevirmək, ölkələr arasında toqquşmalara səbəb olmaq, sonra isə bundan faydalanmaqdır. Bu arada Moskvanın mövqeyi fərqlidir: regionda qərarları həmin region ölkələri verməlidir.

Bu kontekstdə Mariya Zaxarova qeyd edib ki, “3+3” formatında keçiriləcək danışıqlar Moskvanın mövqeyinin həyata keçirilməsinin mümkün olduğunu açıq şəkildə təsdiqləyir.