Təyyarə qəzası ilə bağlı şok iddia: Xərçəngə çarə tapan professora görə partladılıb?

0
74

Braziliyada 62 sərnişini olan “Voepass” Hava Yollarına məxsus təyyarənin qəzaya uğradığı barədə məlumat vermişdik.

Sözügedən təyyarədə ölənlərdən biri də xərçəng xəstəliyinə çarə tapdığını iddia edən professor Leo Ferreyra olub.

O, şişlərə hücum etmək üçün bədənin T hüceyrələrini tənzimləyə biləcək bir yol tapdığını bildirib. Əgər sözügedən fərziyyə gerçəkləşsəydi, xərçəngin müalicəsi tam olaraq kəşf ediləcəkdi. Bu səbəbdən ona qarşı sui-qəsd edildiyi ehtimalları yaranıb.

Təyyarənin məhz ona görə dərman istehsalçıları tərəfindən partladıldığı iddia olunur.

Ferreyra Mikrobiologiya və İmmunologiya sahəsində də böyük uğurlar qazanıb.