Bayram günlərində valideynlərini ziyarət etmək istəməyən yetkin övladların bu qərarının arxasında çox vaxt ailədaxili problemlər, psixoloji gərginlik və şəxsi sərhədlərə hörmətsizlik dayanır.
Psixoloqların fikrincə, belə insanlar valideynləri ilə münasibətlərini birdəfəlik bitirmək istəməsələr də, bayramlarda yaranan emosional gərginlikdən uzaq durmağa çalışırlar.
Yetkin övladların bayramlarda valideynlərindən məsafə saxlamasının 8 əsas səbəbi var:
1. Şəxsi sərhədlərə hörmət edilmir

Valideynlərin övladlarının şəxsi həyatına müdaxilə etməsi, qərarlarına qarışması və qoyduqları sərhədləri nəzərə almaması münasibətlərdə narazılıq yaradır.
2. Onlara hələ də uşaq kimi yanaşılır
Yetkin yaşa çatmış insanların hər addımına nəzarət edilməsi, onlara məsləhət adı altında göstərişlər verilməsi müstəqillik hissini zədələyir.
3. Daim tənqid və müqayisə ilə üzləşirlər
Övladların digər ailə üzvləri ilə müqayisə edilməsi, həyat seçimlərinin tənqid olunması bayram görüşlərini xoşagəlməz edir.
4. Ailə münaqişələrindən yorulublar

Bəzi ailələrdə bayram süfrəsi mübahisələr, siyasi müzakirələr və köhnə incikliklərin yenidən gündəmə gəlməsi ilə müşayiət olunur. Yetkin övladlar bu gərginlikdən uzaq qalmağa üstünlük verirlər.
5. Onlara pis münasibət göstərmiş qohumlarla görüşmək istəmirlər
Valideynlərin əvvəllər onları incidən və alçaldan qohumları bayram süfrəsinə dəvət etməsi ziyarətdən imtina üçün səbəb ola bilər.
6. Öz bayram ənənələrini qorumaq istəyirlər
Ailə qurduqdan və müstəqil həyata başladıqdan sonra insanlar öz bayram ənənələrini formalaşdırırlar. Buna görə də hər bayramı valideynlərlə keçirmək mümkün olmur.
7. Özlərini günahkar hiss etmək istəmirlər

Valideynlərin “Bizi niyə az ziyarət edirsən?” kimi iradları övladlarda günahkarlıq və psixoloji təzyiq yarada bilər.
8. Həyat seçimlərinə görə mühakimə olunmaqdan çəkinirlər
Şəxsi münasibətlər, karyera, maddi vəziyyət və həyat tərzi ilə bağlı davamlı suallar və tənqidlər bəzi yetkin övladların ailə görüşlərindən uzaqlaşmasına səbəb olur.
Mütəxəssislərin yanaşmasına görə, sağlam ailə münasibətləri qarşılıqlı hörmət, anlayış və şəxsi sərhədlərin qorunması üzərində qurulmalıdır. Bayramların əsas məqsədi insanlara sevinc bəxş etməkdir, onları psixoloji təzyiq altında saxlamaq deyil.



