Ermənistan sülh müqaviləsinin mətnindən narahatdır: Fikir ayrılıqları açıqlandı

0
80

Sülh müqaviləsinin mətni ilə bağlı İrəvanla Bakı arasında hələ də fikir ayrılıqları var və onun razılaşdırılması istiqamətində iş davam etdirilir.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib. O deyib ki, biz bu istiqamətdə tək bir mətn əldə edə biləcəyimizə ümid edirik və görüşlərdə hər iki tərəfin mövqelərini yaxınlaşdırmağa çalışırıq.

Kostanyanın sözlərinə görə, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı hələlik razılaşdırılmayıb.

Xatırladaq ki, tərəflər arasında əvvəlki danışıqlar mayın 11-də Almatıda baş tutub.