Salman, Ərdoğan, Fitso, Vuçiç və Rəisinin ölümü – Sensasiyalı 12 günün DETALLARI

0
48

İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması son günlər müxtəlif ölkələrin siyasi liderləri ətrafında baş verənləri gündəmə gətirdi.

İ.Rəisinin həlak olması ilə bağlı konspiroloji fikirlər səslənsə də, hadisənin texniki səbəblərdən baş verdiyi görünür.

Lakin bu qəza may ayında 5 ölkədə siyasi liderlərə qarşı baş verənlər fonunda diqqət çəkir.

7 may: Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmana qarşı sui-qəsd cəhdinin olduğu xəbərləri yayılıdı;
13 may: Türkiyədə hərbi çevriliş cəhdinin edildiyi məlumatı yayıldı: bununla bağlı prezidenti Rəcəb Tayyip Ərdoğanın təcili iclas keçirdiyi və cəhdin qarşısının alındığı deyilir;
15 may: Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd edildi: küçədə güllələnən Fitso sağ qaldı;
16 may: Serbiya prezidenti Aleksandr Vuçiçi qətlə yetirməkdə ittiham edilən vətəndaş həbs edildi;
19 may: Rəisinin helikopteri qəzaya uğradı;


Bu hadisələr arasında birbaşa əlaqə görünmür. Lakin bu liderləri birləşdirən ortaq amil onların Çin-Rusiya xəttinə yaxın olması, yaxud bu xətlə əməkaşlığıdır. Bu baxımdan, son günlər 5 ölkədə baş verənlər suallar yaradır.