Emin Əmrullayev 300 nəfərə vəzifə vəd edib – ŞOK İDDİA

0
113

Elm və Təhsil Nazirliyi yanında fəaiyyət göstərən İctimai Şuranın yeni tərkibi formalaşıb. İctimai Şuraya seçilənlərin böyük əksəriyyətinin cəmiyyətdə yetərincə tanınmaması müzakirələrə səbəb olub.

Namizədlərdən biri saytımıza bildirib ki, Şuranən yeni tərkibi nəzərdə tutulan vaxtdan 5 ay gec formalaşdırılıb. Buna səbəb rəhbərliyin vahid məxrəcə gələ bilməməsi olub.

“Təxminən, 300 nəfər İctimai Şurada təmsil olunmaq istəyirdi. Onların arasında cəmiyyətdə kifayət qədər yaxşı tanınan Kamran Əsədov, İlqar Orucov, Vüsal Kərimli kimi təhsil ekspertləri vardı. Üstəlik, köhnə heyətdən də bir neçə nəfər yeni tərkibdə təmsil olunmağa iddialı idi. Onların bəziləri nazirlikdə yüksək post tutan şəxslər – nazir müavinləri və idarə rəisləri tərəfindən dəstəklənirdi. Əksəriyyəti Emin Əmrullayevin qəbulunda olmuş, seçkilərdə ona “yaşıl işıq” yandırmağı xahiş etmişdi. Təbiət etibarı ilə mülayim adam olan nazir heç kimə “yox” deməmişdi, amma seçki nəticəsində ortaya sürpriz heyət çıxdı”, – deyə müsahibimiz bildirib.

Mənbə qeyd edib ki, iddialıların hamısı ya birbaşa, ya da nazirliyin məsul şəxsləri vasitəsilə narazılıqlarını dilə gətiriblər. Emin Əmrullayev isə onlara səbrli olmağı tövsiyə edib. Nazir “qutudan” çıxmayan, amma ölkənin təhsil ictimaiyyətində hörmət və nüfuz sahibi olan namizədlərin əksəriyyətinə vəzifəyə təyin olunacaqlarına dair vəd verib.

Sonda həmsöhbətimiz bildirib ki, tezliklə təhsil ictimaiyyəti arasında E.Əmrullayevə qarşı geniş bir cəbhə formalşa bilər.