Unun bahalaşması çörəyin qiymətinə necə təsir edəcək?

0
46

Unun bahalaşması ilə şirniyyat qiymətlərinin artacağı iddia olunub.

Topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində təxminən iki manata yaxın artım olub.

Sahibkarlar unun bahalaşmasının un məmulatlarının qiymətinə təsir etməyəcəyini bildiriblər.

Onlar qeyd ediblər ki, un məmulatlarının qiymətinin artması şirniyyatların hazırlanması zamanı istifadə edilən digər xammal məhsullarının qiymətindən asılıdır.

İqtisadçı Fuad İbrahimov isə bildirib ki, unun qiymətində artım tendensiyası müşahidə olunsa da, çörəyin bahalaşması gözlənilmir.

İqtisadçı onu da əlavə edib ki, bazarda olan əksər sahibkarlar un tədarükünü aylıq olaraq təmin edirlər:

“Ümumilikdə isə, unun qiymətində növbəti artım gözlənilmir”.

Ekspertlər hesab edirlər ki, gələn aydan ölkədə taxıl biçinin başlaması da bazara müsbət təsir edəcək.