Direktorun otağında “səni məhkəməyə verib 10 min təzminat alacağıq” dedilər ARAŞDIRMA

0
152

Sumqayıt şəhər Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbdə nələr baş verir. Sevda Səfərovanın 35 il Rus dili fənnindən dərs deməsi, lakin son illərdə Dil-Ədəbiyyat fənni üzrə dərs tədris etdiyi bildirilib. Qeyd edək ki, Azərbaycan məktəbdələrində dünyanın heç bir yerində görünməyən qaydalarla hökm sürür. İdman müəllimi direktor təyin edilir. İbtidai sinif müəlliməsi direktor əvəzi təyin edilir. Bu timsalda çox misallar çəkmək olar.

Lakin bu gün mövzumuz həmin ikili tədris mexanizmindən istifadə edən 64 yaşlı müəllimənin azyaşlıya qarşı aqressiv davranışlarıdır. Şəxs uşağın məktəbdə olmasını istəmədiyini valideynin üzünə açıq şəkildə Direktor Tahirə Səfərovanın kabinetində belə ifadə etməkdən çəkinmir. Amma nədənsə şagirdlə prinsip aparan bu müəllimə dur deyən tapılmır. Məhs bir nüçə gündür ki, Şagird icbari təhsilini qorxudan davam edə bilmir.

Həmçinin qeyd edək ki, Məsələ ilə bağlı redaktor Tahirə SƏfərova ilə əlaqə saxlayıb. Lakin Tahirə səfərova rəhbərliyin verdiyi sualları dinləməkdən belə imtina edərək məsləyə cavab verməkdən yayınıb. Qeyd etmək lazımdır ki Tahirə Səfərova göründüyü qədər rəhbər olduğu müəssisədə müəllim heyyətinə söz keçirə bilmədiyinin fərqinə varıb. Odur ki, Jurnalistlərə açıqlama verməklə məktəbində baş verən qanun pozuntularını duruya çıxara bilməyəcəyində çox gözəl başa düşür.

Media vasitəsi ilə həmçinin Sevda Səfərovanın vaxtı ilə orqanda işləyən həyat yoldaşına deyəcəklərimiz var. Bu gün bir tənha övlad böyüdən anaya məhkəmə və ya digər qurumların adından təzminat alacağıq nə bilim nə kimi ifadələri bildirərkən nə düşündünüz? Siz həqiqətəndə düşünürsünüz ki, Bir tənha qadını Tahirə Səfərovanın otağında sıxışdırmaqla hər hansı məqsədinizə nail olacaqsınız? Bəy siz harada yaşadığınızı yəqin fərqində deyilsiz. Bura Azərbayandır burda yalnız demokratik qanunlar və o qanunları tənzimləyən Konstitusiyaməz var. Bütün bu qanunların icrasının şəffav olmasının təminatçısı isə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Cənab Prezident İlham Əliyevdir. Odur ki, bir valideyni təhdid edərkən ətrafınıza harada kimə nə ifadələr işlətdiyinizə diqqət edin. Bu gün sizin pulunuzda imkanınızda çevrənizdə AYtəkin xanımdan çox ola bilər. Lakin o tənha ana və dövlətin qayğısını görən qadındır. Qadınların hüququnu tapdalamaq onları hər hansı basqı ilə nəyisə etdirmək kimi əməllərinizdən geri çəkilməyə dəvət edirəm. Mediada gedən yazını şikayətçi şəxsin sildirməsi mümkün mövzu deyil. İlk onca bu məqsədinizdən əlçəkin. Bilinki, Səs yazılarındada yoldaşınız Sevda Səfərovanın 8-ci sinif şagirdinin arxasınca işlətdiyi ifadələr onun hansı məqsəd daşımasıda hər kəsə məlumdur. Haqsız olduğunuz halda qarşı tərəfdən təzminat alacağınız iddianızda çox gülünc səslənməkdədir cənab. Reallığa qayıtmağı insanların haq və hüquqlarına hörmətlə yanaşmağı bir vətəndaş olaraq sizlərdən tələb edirik.

Haşiə: “Məsələ ilə bağlı Tahirə Səfərovadan mövqe öyrənmə cəhdimizdə əbəs getdi. İlk öncə özümüzü təqdim edib Aytəkin xanımın şikayətinin təmin edilib edilmədiyin sual etdik. Lakin direktor kürsüsündə müəllim statusu daşıyan şəxsin yalan danışması bizi məyus etdi. 15 dəqiqə əvvəl danışdığımız valideynin səhər səhər ona minnətdarlıq etdiyini və müəllimə ilə barışdıqlarını bildirən hər iki tərəf arasında narazılığın aradan qaldırıldığın iddia edən direktor görünür otağında baş verən söhbətdən valideynin qorxaraq geri çəkiləcəyin güman edib. Lakin direktora məsələnin 15 dəqiqə əvvəl valideynlə danışdığımızı qeyd etdikdə direktor bizi dinləmək əvəzinə üzümüzə telefonu baqladı. Daha sonra bir neçə dəfə zəng etsəkdə zənglərimizə cavab vermədi. Tahirə SƏfərovanın rəhbərlik etdiyi məktəbdə rus dili fənn müəllimi həm sinif rəhbəri həmdə dil-ədəbiyyat dərs tədris etməsi hansı haq hüquqla baş verməsini öyrənməyimizədə imkan tapa bilmədik güman edir ki, Abşeron-Xızı Regional təhsil idarəsi yaranan sualarımıza cavab alaraq bizidə həmin cavablarla tanış edəcəkdir.” ARAŞDIRMA DAVAM EDİR.