Rusiya ilə İranın planı: Xüsusi zonalar yaradılır

0
161

Tezliklə İran və Rusiya arasında xüsusi iqtisadi zonalar ittifaqı yaradılacaq. 

Bu barədə “Sputnik İran”a İranın Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonaların Ali Şurasının katibi Höcətullah Abdolmaleki bildirib.

“Bu yaxınlarda ölkəmizlə Rusiya arasında İranda Rusiya Federasiyasının tranzit ehtiyaclarını ödəyə biləcək dəmir yollarının inkişafı ilə bağlı əməkdaşlıq qurulub. Xüsusi iqtisadi zonalar arasında malların daşınması İranın cənubu ilə şimalını birləşdirəcək irimiqyaslı layihə üzərində iş gedir.”, – deyə Abdolmalek qeyd edib.

Xatırladaq ki, Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahiyan yanvarın 15-də yeni dövlətlərarası sazişin hazırlanmasının gedişi və ticarət-iqtisadi, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.