Dünyada ilk dəfə Koronavirus Qurbanlarının Anım Günü qeyd edilib

0
240

Koronavirus Qurbanlarının Anım Günü ilk dəfə martın 6-da Slovakiyada qeyd edilib.

Anım Günü ölkə parlamenti tərəfindən 2022-ci ildə təsis edilib və bayram, istirahət və anım günlərinin milli təqviminə daxil edilib.

Slovakiyada ilk koronavirusa yoluxma halı 2020-ci il martın 6-da qeydə alındığı üçün 6 mart tarixi seçilib.

Qeyd edək ki, Slovakiyada pandemiyanın bütün dövrü ərzində 21 mindən çox insan COVID-19-dan dünyasını dəyişib. 2023-cü ilin yanvarında Slovakiya Baş Prokurorluğu bu cür böyük itkilərin qarşısını almaq üçün səhiyyə sisteminin fəaliyyətini nəzərdən keçirməyə başlayıb.