Yoxluq qədər acı hicrandı şəhid ağrısı

0
198

Bu gün Qəbələ rayon Bu qəsəbəsi şəhid Vasif Süleymanovun anım günü qeyd olundu.

Tədbirdə İkram Umarov adına Bum ümumi orta məktəbin müəllim, şagird kollektivi,Təbriz Yaqubov adina tam orta məktəbin müəllimi və şagird kollektivi, Vəndam qəsəbəsinin rəsm kurs müəllimi Lalə müəllimə,öz şagirdləri ilə,
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri, Şəhid ailələri, ruhanilər, kənd sakinləri, Qəbələ TV çəkiliş qrupu ilə iştirak etdi.

Əvvəlcə şəhidin ruhuna dualar oxunmuş, məzarının üzərinə gül dəstələri qoyulmuşdur.

Şəhidin atası çıxış edərək belə bir gündə onları yanında olduqları üçün gələn qonaqlara təşəkkürünü bildirmişdir.
Tədbir ata ocağında çay süfrəsi arxasında davam etmişdir .

Məktəblilər şeirlər söylımiş, kompazisiyalar nümayiş etdirmişdir.

Rəssam Lalə müəllimənin şagirdləri şəhidin şəkillərin çəkib , şəhidin valideynlərinə hədiyyə etmişdilər.

Allah rəhmət eləsin şəhidlərimizə.

Təranə Alməmmədova

“Xarıbülbül Ədəbi Məclisinin”, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri