Rusiya-Ukrayna müharibəsinin tükürpərdici həqiqətləri – VİDEO

0
242

Fevralın 24-ü səhər saatlarından eşidilən partlayış səsləri Ukraynada böyük təşvişə səbəb olmuşdu. İkinci Dünya müharibəsindən sonra bu halla rastlaşmayan Şərqi Avropanın turistik şəhərləri bir anın içində irimiqyaslı müharibə meydanına çevrildi. Şəhərlərə Rusiya diversiya qruplarının hücumları səngimirdi. 

Rusiya hərbçiləri Kiyev şəhərinin mərkəzindən cəmi 28 kilometrliyində yerləşən İrpen şəhərinə də daxil olmuşdular və onların qarşısı da məhz orada alındı. 

Baku TV-nin Ukraynadakı əməkdaşı həmin vaxt Rusiya hərbçilərinin şəhərə daxil olmalarının və küçə döyüşlərinin bir qisminin özəl görüntülərini əldə edib. 

Ukrayna uğrunda döyüşənlər arasında soydaşlarımız da az deyil. Onlardan biri 30 ildir İrpendə yaşayan Firdovsi Xankişiyevdir.  

Həmyerlimizin sözlərinə görə, Rusiya Ordusu İrpendəki döyüşlərdə öz yaralılarını, meyitlərini, silahlarını da atıb qaçırdılar.

Ətraflı süjetdə: