Bənövşəyi meyvə və tərəvəzlər bizi bu xəstəliklərdən qoruyur

0
218

Turku Universitetinin (Finlandiya) alimləri hesab edirlər ki, qırmızı və bənövşəyi rəngli tərəvəz və meyvələrin tərkibində olan antosiyaninlər şəkərli diabetin inkişafının qarşısını ala bilər.

Bu barədə “StudyFinds” portalı məlumat yayıb. Qeyd olunub ki, bənövşəyi piqment hüceyrələrdə enerji mübadiləsinə, bağırsaq mikroblarına və iltihab səviyyələrinə təsiri səbəbindən şəkərli diabetin inkişaf riskini azalda bilər. Tədqiqatın müəllifləri qeyd edirlər ki, tərkibində asilləşdirilmiş antosiyaninlər olan qidalar daha güclü təsir göstərir. Bunlara bənövşəyi kartof, turp, soğan və qırmızı kələm daxildir.

“Bitkinin genotipi onun hansı antosiyaninləri istehsal etdiyini müəyyənləşdirir. Ümumiyyətlə, bənövşəyi tərəvəzlərdə asilləşdirilmiş antosiyaninlər çoxdur. Bundan əlavə, bənövşəyi kartof, xüsusilə Finlandiya çeşidi “Sinkei sakari” asilləşdirilmiş antosiyaninlərlə zəngindir”, – tədqiqat müəllifi Kan Çen deyib