Qırmızı kürünün zərərləri üzə çıxdı

0
210

Qırmızı kürü 30 faizdən ibarət olan və asanlıqla həzm olunan zülalın yaxşı mənbəyidir.

Bu kürünün faydaları və zərərləri barədə dietoloq Lyudmila Denisenko Rusiya mediasına müsahibəsində danışıb.

Onun sözlərinə görə, bu məhsul immuniteti qorumaq üçün çox vacib olan fol turşusu, lesitin, A, C, E, D vitaminləri və B qrupu ilə zəngindir.

O həmçinin qeyd edib ki, kürüdə çoxlu miqdarda amin turşuları və iz elementləri var – xüsusən də yod və selen. Qırmızı kürü hamilə qadınlar və yaşlılar üçün faydalıdır.

Dietoloq kürünün duzlu məhsul olduğunu xatırladıb:

“Onun istehlakı hipertoniya və aterosklerozlu insanlar üçün məhdudlaşdırılmalıdır. Bundan əlavə, yüksək kalorilidir və allergiyaya səbəb ola bilər. Ancaq gündə 40-50 qram və ya dörd xörək qaşığı kürü sağlamlığınıza zərər verməyəcək”.