Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnıy rusiyalı işğalçıların vəhşiliklərinə reaksiya verib. O, Ukraynanın ölən və ya şikəst olan hər bir əsgərinin qisasının alınacağını bildirib.
Bu barədə Zalujnıy “Facebook” hesabında yazıb.
“Rusiya terrorçu dövlətdir. Onların bizim hərbi əsirlərimizə qarşı törətdikləri vəhşiliklər hiddət yaradır. Biz öldürülən və ya şikəst olan hər bir qardaşımızın qisasını alacağıq. Rusiya hərbi cinayətkarlarından fərqli olaraq, biz beynəlxalq humanitar hüquq normalarına əməl edirik. Eyni zamanda qardaşlarımıza, bacılarımıza və mülki vətəndaşlarımıza qarşı cinayət törədənlərin cəzalandırılması üçün mümkün olan və mümkün olmayan hər şeyi edəcəyik. Bu cinayətlərin məhdudiyyət müddəti yoxdur. Bilin, düşmənlər, Yer üzündə sizə yer olmayacaq”, – deyə Zalujnıy vurğulayıb.