Türkiyənin XİN başçısından Rusiyaya ETİRAZ

0
270

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Rusiya ordusunun Ukraynanın Odessa şəhərinə hücumu Türkiyə tərəfini narahat edib.

Mövlud Çavuşoğlu bu barədə öz ölkəsinin mətbuatına verdiyi müsahibədə deyib.

Türkiyəli nazir bildirib ki, Rusiya bu hücumları təkrarlamamalıdır.

“Proseslərin problemsiz davam etməsi hər iki tərəfin xeyrinədir. Əks halda ciddi problemlər yarana bilər. Əgər proseslər uğurlu davam etsə, bəlkə də, bu, sülhə səbəb olacaq”, – deyə M.Çavuşoğlu söyləyib.