Balakəndə dayanma-durma qaydalarını pozan sürücülər cərimələnib

0
239

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma, parklanma qaydalarını pozan, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin  müəyyən edilməsi istiqamətində nəzarət-profilaktik tədbirlər keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, şəhər ərazisində, hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən aşkarlanıb və onlarla maarifləndirici söhbətlər aparılıb. Bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu həmin şəxslərə izah edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb.