Deputat: “Ölkədə dərmanların qiyməti süni formada qaldırılır”

0
223

“Ölkədə dərmanların qiyməti süni formada qaldırılır”.

bunu “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası” ilə bağlı Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

“Ölkəyə dərman gətirənlər bir qramlıq dərmanları yavaş-yavaş sıradan çıxarırlar. Bundan sonra ölkəyə eyni qiymətə həmin dərmanın 0,5 qramlığı gətirilir. Onu istifadə edən xəstə məcbur olur ki, həmin qiymətə o dərmandan ikisini alsın”, – deyə R.Quliyev bildirib.