ÜST peyvəndin təsirsiz olacağı daha təhlükəli COVID-19 ştammı barədə xəbərdarlıq etdi

0
231

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus mövcud peyvəndlərin təsirsiz olacağı yeni, daha təhlükəli COVID-19 ştammı barədə xəbərdarlıq edib.

“Hazırda SARS-CoV-2 virusunun yeni, daha virulent ştammının yaranması üçün real təhlükə var və o, mövcud vaksinlərin təsirindən yayına biləcək”, – deyə təşkilat rəhbəri bildirib.

O, ÜST-ün bəzi regionlardakı tendensiyalardan narahatlığını çatdırıb və qeyd edib ki, Afrika və Qərbi Sakit Okean regionunda ölüm hallarının sayı artmaqdadır.

“Pandemiyanın bitdiyini söyləmək hələ tezdir. O bitməyib”, – deyə Gebreyesus vurğulayıb.

Təşkilat rəhbəri virusun necə təkamül edəcəyini proqnozlaşdırmağın çox çətin olduğunu qeyd edib.