Futbol üzrə Azərbaycan millisinin məşqçisi işdən çıxdı – FOTO

0
249

“İki gözəl ildən sonra Azərbaycan millisində köməkçi məşqçi kimi fəaliyyətim başa çatır”.

Bunu futbol üzrə Azərbaycan millisinin italiyalı məşqçilərindən biri olan Benito Karbone deyib.

İtaliyanın “Torino”, “Napoli”, “İnter”, “Parma”, İngiltərənin “Aston Villa” kimi klublarının hücumçusu olmuş 50 yaşlı Benito Karbone bu barədə “Instagram”da paylaşım edib:

“AFFA prezidentinə, məşqçilər korpusuna, işləyə bildiyim oyunçulara və əlbəttə ki, azarkeşlərə çox təşəkkür edirəm – böyük ailənizin üzvü olmaq təcrübəsi əldə etdiyimə görə sizə minnətdaram.

Mən burada çox xoşbəxt oldum, oyunçuların məşqçisi olmaqdan həzz və şərəf duydum, özümü evdəki kimi hiss etdim.

Mən əlvida deyirəm və indi məşqçilik karyeramın növbəti mərhələsini səbirsizliklə gözləyirəm.

Sağ olun və Azərbaycan millisinə gələcəkdə uğurlar arzulayıram”.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin baş məşqçisi italiyalı Canni De Byazidir. Onun köməkçiləri – Fabio Qallo və Arif Əsədovdur. Bundan əlavə, Kamran Ağayev qapıçılarla iş üzrə məşqçi, Alessandro Skaya isə fitnes məşqçisi kimi çalışır.

Xatırladaq ki, millimiz dünən UEFA Millətlər Liqasının ilk turunda Qazaxıstana 0:2 hesabı ilə uduzaraq özünə qarşı tənqidləri daha da çoxaldıb.