AZAL aviabiletlərlə bağlı AÇIQLAMA YAYDI

0
295

“Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır”.

Bununla bağlı AZAL məlumat yayıb.

Bildirilib ki, hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir.

Qeyd edilib ki, tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq.

Aviaşirkətlər baş vermiş narahatlığa görə üzr istəyirlər.