Göygöldə avtomobil restoranın həyətinə aşıb, xəsarət alanlar var

0
265

Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı restoranın həyətinə aşıb.

Nəticədə 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.