Bir ovuc Günəşin işığından….

0
430

Çağdaş poeziyamızın tanınmış bir gözəl şairəsi, filologiya üzrə fəlsəfə doktoru,”Mahmud Kaşğarlı Beynəlxalq Fondunun”San Yarlığı” mükafatçısı,”Kitab Evi” İB-nin sədri, AYB- nin üzvü öz dəst xətti olan Adilə Nəzərin “Bir ovuc gün işıgı” kitabının möhtəşəm təqdimatına və ad gününə yıgışmışdıq…
Şeirləri türk,ingilis, fars,fransız, rus,qırgız və özbək dillərində tərcümə olunmaqla bütün oxucularına çatdıraraq deyir:
Od burda, hava burda
torpaq burda,su burda,
Tanrının yolu düşüb
bizdən öncə bu yurda
Qurban dedim bu canı
Ona sevgim əzəldir,
Mənim oldugu üçün
Azərbaycan gözəldir….
Adilə Nəzərin bütün şeirlərində vətən sevgisi, vətəndaşlıq qüruru,mərdlik, təvazökarlıq hissləri və Qələbə ilə başa çatan ll Qarabag Şəhidlərinə həsr olunmuş mövzuları geniş yer tutur.Şeirlərində dilimizin gözəlliklərini qoruyur, çünki dilimizi qorumaq Vətəni qorumaqdır ,bu da əsil vətənpərliyin əsas meyarıdır.
Adilə xanım Şəhidlərimizdən Xudayarın ,Albert Aqarunovun, general Polad Həşimovun,Atiq İbrahimovun, Camal İsmayılovun, Cəbrayıl Dövlətzadənin və neçə -neçə igidlərimizin xatirəsinə həsr etdiyi şeirlərində ürək yanglsı ilə:
Gözünü yummadın soyuq səngərdə
Gecələr bizin də yuxumuz azdı
Sən ey fateh ogul,sən ey sərkərdə,
Şəninə min dastan yazılsa azdı
Xoşbəxt sabaha ümidlə yaşamagın – deməsi,
Gəlsəm bir gün yalvarsan aglasam…
Göz yaşlarımla yuyulsa illərin kiri, kədəri
Hər şey dəyişsə…
gül çiçəklə sevişsə…
torpaq bərəkətli olsa
hava günəşli,
Həyat sevgi kimi tərtəmiz, agappaq….
gəlsəm bir gün aglasam,
hər şey dəyişərmi,Qarabag?!-
düşüncələri ilə vəsf edir.
Adilə xanım Qazilərimizə olan ehtiramını da şeirlərinə köçürür:
Üz -üzə dayanıb mənfur yagıyla
Keçib imtahandan can sınagıyla,
Girdiyi meydandan tək ayagıyla
Çıxan qaziləri salamlayıram.
Gedib babaların şanlı iziylə
Savaşa atılıb bıçaq-nizəylə…
Gözünü itirib,könül gözüylə,
Baxan Qaziləri salamlayıram….
Qoymadı zəfərə bizi tamarzı,
O,xan Qaziləri salamlayıram….
Adilə Nəzərin “ Bir ovuc gün işıgı “ kitabı sayca 11 ci kitab olsa da,şeirlər toplusu olaraq 8-ci kitabıdır.Şeir nədir?-deyən şairə:” Mən sənin dostlarına yeni bir dost bagışlamaq istədim- bütün kitablarımda, şeir..”-deyir.
Adilə Nəzərin ədəbi – bədii yaradıcılığından saatlarla, günlərlə danışsaq da azdır.Bunu təqdimata toplaşanların da ürək sözlərindən də gördük….

Mayın 26-sında AYB -nin Natəvan klubundakı görüşdə Yazıçılar birliyinin katibi, yazıçı- publisist Elçin Hüseynbəyli giriş sözü ilə iştirakçıları salamlayaraq şairənin yaradıcılıgından səmimiyyətlə söz açdı .Tədbiri aparan hörmətli şairimiz Yusif Nəgməkar Atatürk mərkəzinin direktoru -akademik Nizami Cəfərovun ürək sözlərini dinləmək istədiyimizi təklif etdi.Akademik şairənin poetik düşüncələrini incəliklə dinləyicilərə çatdıraraq ad gününü də təbrik etdi.Bəli , sairənin yaradıcılıgından danışmaqla söz bitmir.Bunu çıxış edənlər –Əsəd Cahangir,yazıçı-tərcüməçi , şairimizin işlədiyi Təhsil İnstitunun professoru Akif Abbasov,ADA Universitetinin professoru Nəriman Qasımzadə,şair- tərcüməçi-professor Xaqani Qayıblı ,yazıçı -jurnalist Zenfira Məhərrəmli,yazıçı–publusist İradə Tuncay,Əməkdar İncəsənət Xadimi Gövhər Həsənzadə,yazıçılar – Səfər Alışanov,Əlabbas Baglrov,Ayaz Arabaçı,İlqar Türkoğlu, Kəmaləddin Qədim və başqaları bir daha çıxışlarında fəxrlə ürək sözlərini qeyd etdilər…
Rəssamlar-Sehran Allahverdi və Şəmsəddin Böyükdüzlü rəngli boya ilə işlədikləri portretləri Adilə xanıma bagışladılar….
Naxçıvandan,Qəbələdən, Göyçaydan, Neftçaladan və digər yerlərdən də gün işıgına toplaşanlar tədbiri daha maraqlı və ugurlu etdi….
Bəli gördük ki,Adilə Həzərin səmimiyyəti,bir qadın kimi məsumlugu,ədəbi yaradıcılıgındakı dil ustalıgı şeirlərində daim görünür….::
Zalımlıgı, fagırlıgı nə imiş
Bəxtin belə sağırlığı nə imiş,
Əlli yaşın agırlıgı nə imiş,
Söz yükünü çəkə bilən adama…..
və ya:
Qarışdırma ayaqları başlara,
Çox dəyibdi başın daşdan – daşlara
Ay Adilə,sən də qoşul quşlara,
Qoşul, ürək vaxtı- könül vaxtıdır..
İstedadlı alim və gözəl şairəmiz sizə bol, tükənməyən yaradıcılıq ugurları , möhkəm can saglıgı arzulamaqla bir ovuc gün işıgında dünya boyda xoşbəxtlik arzulayıram. Dərin hörmət və ehtiramla:

Nəzakət Kərimova Əhmədova

yazar -publisist,”AJB -nin üzvü,”Yazarlar “jurnalının əməkdaşı,”Xarıbülbül” Ədəbi Məclisinin sədri,” Bizim Qala” jurnalının redaktoru.