Su İdmanı Sarayında direktor dəyişikliyi: Vitse-prezident “Azəripəy”in sabiq rəhbəri ilə əvəzləndi – FOTO

0
220

Bakı Su İdmanı Sarayında direktor dəyişikliyi olub.

Azərbaycan Üzgüçülük Federasiyasının da vitse-prezidenti olan Elçin Həsənov işindən çıxarılıb.

Onun yerinə Zaur Yaqubov təyin edilib. Z.Yaqubov bunadək Azərbaycan Sənaye Korporasiyasının balansında olan “ASK Şüşə” MMC-nin direktoru və “Azəripək” MMC-nin (Şəki İpək Kombinatı) İdarə Heyətinin sədri olub. O yaxın günlərdə Bakı Su İdmanı Sarayının kollektivinə təqdim ediləcək.