Yaşam dünyamızı xoş münasibətlərlə tamamlayaq

0
434

Heç bir kəs hər kəsi başa düşmək iqtidarında deyil. Tamlıq kəlməsi də həyati və dünyəvi anlayışların hər halını əhatə etmir.
Hər halımızın iç dünyası isə yalnız özümüzə məxsusdur.
Düşüncələrimin də hər kəs tərəfindən qəbul ediləcəyinə inamım yoxdur. Fikirlərimin qarşısına məncə ifadəsi əlavə etdiyimi düşünün və bu fikirləri paylaşmağa ehtiyacım olduğunu.
Yuxarıda qeyd etdiyim tamlıq ifadəsinə inamsızlıq daim onun axtarışında olduğumuzu inkar etmir.
Həyatı ehtiyaclarımızın başında duran yemək ehtiyacı ilə birlikdə insanlarla xoş münasibətlərə ehtiyac da xüsusi əhəmiyyət daşıyır.
Instagram, YouTube, Facebook şəbəkələrinə meyl edənlərin çox hissəsi gənclər olsalar da, onlar arasında yaşlılar da az deyil.
Bu şəbəkələrin mövcudluğun xeyirli tərəfləri olsa da, kitabları belə ordan oxumaq mümkün olsa da, kitab mağazalarında çox az adam tapmaq olar.
Bu isə yazı mədəniyyətinin yaşlanmasına, yəni yalnız yaşlı nəslə malik olmasına gətirib çıxarır.
Mükəmməl yazıçılıq mədəniyyətinin yolu yüksək mütaliədən formalaşır. Mövcud vəziyyət isə bizi beş-on il sonra daha miskin və duyumsuz oxucu fəlakəti ilə qarşılaşdıra bilər.
Bu fəlakətin qarşısını almaq üçün hər birimiz gündə 2-3 səhifə olsa da görkəmli insanların kitablarını oxumalıyıq.
Cavanlar yaşlıların nəsihətini deyil, əməllərini görürlər.
Çalışaq ki, onlar yaşlıların mütaliəsini görsünlər.
Yalnız bu yolla fəlakətdən yaxa qurtarmaq olar.
Oxuculuq mədəniyyətinin xoş münasibətlərin təməli olduğuna da inanaq.

Sənubər