Azərbaycanda süd böhranı: Fermerlər iflasa uğraya bilər

0
268

Azərbaycanda süd istehsalı ilə məşğul olan fermerlər məhsullarını sata bilmirlər.

Onun sözlərinə görə, satış problemi həll olunmasa, süd istehsalçıları müflis ola bilərlər.

“Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycana bu ölkələrdən, eləcə də Belarusdan süd məhsullarının gətirilməsində ciddi problemlər var. Bu isə yerli südə və süd məhsullarına tələbatı artırmalı idi. Amma bazarda elə bir dəyişiklik yoxdur və fermerlərin məhsulları əllərində qalıb. Deməli, hardansa bazara ucuz məhsullar daxil olur. Şübhəsiz ki, həmin məhsulların keyfiyyəti aşağıdır, bununla belə, yerli istehsalçıların məhsullarını sıxışdırırlar”, – deyə o qeyd edib.

S.Eyyubovun sözlərinə görə, hazırda azərbaycanlı fermerlər məhsullarını maya dəyərindən də aşağı qiymətə təklif edirlər, amma müəssisələr yenə də onları almır. Baxmayaraq ki, son vaxtlar südün maya dəyəri də yerində saymayıb:

“Azərbaycan heyvan yemini əsasən idxal edir. Son vaxtlar xaricdə yem bahalaşıb və son nəticədə məhsulların maya dəyəri 40 % artıb. Amma fermerlər satış qiymətini artırmayıblar və əvvəlki qiymətlə zavodlara təklif edirlər. Bununla belə, alış yenə də yoxdur. Halbuki, məhsullar əvvəlki vaxtla müqayisədə heç olmasa 25-30 % baha satılmalıdır ki, fermerlərə müflis olmasınlar”.