DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

0
265

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli “report”un soruğusuna cavab olaraq bildirib ki, paytaxt ərasizində hava şəraitinin yağıntılı keçməsi sürücülərin nəqliyyat vasitələrinin meteoroloji şəraitə uyğun idarəetməsi üçün əsas yaradır:

“Hər bir sürücüdən xahiş edirik ki, ara məsafəsini düzgün saxlasınlar, sürət həddini nəzərdə tutulandan aşağı endirsinlər, görmə məhdudiyyətini nəzərə alaraq, nəqliyyat vasitələrinin silgəclərinə diqqət yetirmək lazımdır.

Ümumilikdə nəqliyyat vasitəsinin texniki sazlığına diqqət edilməlidir. Yoldan keçən piyadalara diqqət artırılmalıdır.

Həmçinin piyadalardan da xahiş olunur ki, sürücülərin görmə məhdudiyyətini nəzərə alıb, yolun hərəkət hissəsinə daxil olarakən diqqətli olsunlar.

Onlara yaxınlaşan nəqliyyat vasitəsinin sürücüsünü gördüyünə əmin olduqdan sonra yolu keçsinlər. Hər bir hərəkət iştirakçısının hava şəraitini nəzərə almasını xahiş edirik”.