“Konservatoriya savadsızlığın üzərinə qurulub” – Xalq artisti sərt tənqid etdi

0
711

 

“Dilə bəndəm”, “Ana laylası”, “Daşlı qala” kimi mahnılarım xalq mahnısı kimi qələmə verilir. Xalq yığışıb mahnı yazır? Onu yazan bir nəfər olur”.

Bu sözləri “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” verilişində Xalq artisti Niyaməddin Musayev deyib.

O, musiqi təhsilinin mütləqliyini vurğalayanları sərt tənqid edib:

“Sovet damğası idi ki, sənin bəstəkarlıq kağızın yoxdur. “Tərəkəmə”ni yazanın bəstəkarlıq kağızı var, konservatoriya bitirib? Xalq mahnılarını yazanların təhsili var? İllərdir yaşayır. Bəstəkarların yazdığı mahnılar Biləcəridən o yana keçmir. O konservatoriya milli musiqimizin – savadsızlığın üzərində qurulub. Allah verən vergidir. Şairin filologiya təhsili almağına ehtiyac var? Allah ona istedad verir. Minlərlə konservatoriya bitirən bəstəkar, müğənni var. Hansı üzə çıxır? Kənddən gələn biri necə oxuyursa, xalq onu sevir, ona bel bağlayır. Onların hamısı boş təbliğatdır. Simfoniya yazmır ki, mahnı yazır. Mahnıların buna nə aiddiyyəti var? Əgər bunlarda elə bir allergiya yaranırsa, “bəstəkar” deməsinlər, “bəstəçi” desinlər. Notları bilmək, təhsil almaq nə gözəldir. Əlibaba Məmmədov, Qulu Əsgərov, Ələkbər Tağıyev bəstəkarlığı bitirməyib. İndiyədək dünyanın hər yerində mahnıları sevilir”.