Ukrayna ordusunda döyüşən azərbaycanlı DANIŞDI

0
428

Artıq 14 gündür ki, Rusiya və Ukrayna arasında müharibə davam edir. Döyüşlərdə iştirak edənlər arasında azərbaycanlılar da var. Onlardan biri də Zamir Əliyevdir. 

O, döyüşlərdə iştirak etməsi barədə danışıb:

“Uşaqlıqdan Ukraynada yaşayıram. Əvvəlcə Donetsk vilayətində, Qorlovka şəhərində yaşayırdım. 2011-ci ildə Q.Bereqovoy adına Donetsk hərbi liseyinə daxil oldum. 2014-cü ildə şəhərimiz Rusiya tərəfindən atəşə tutuldu. Ölkədə vəziyyət gərgin idi”.

Həmsöhbətimiz deyir ki, 2015-ci ildə Kiyev şəhərində universitetə daxil olub:

“Hüquq fakültəsində hüquq ixtisası üzrə təhsil aldım. İkinci kursda mənə İvan Çernyaxovski adına Hərbi Akademiyanın Sosial Psixologiya fakültəsinə daxil olmağı təklif etdilər. Tərəddüd etmədən qərar verdim və hərbi akademiyaya daxil oldum.

2018-ci ildə iki universiteti müvəffəqiyyətlə bitirmişəm və iki ali təhsilim var. Gələcəkdə kim olmaq istədiyimlə bağlı seçimim var idi.

Mən Ukraynada yaşayan dinc insanları qorumaq istəyirəm. 2019-cu ildə Ukrayna xalqının ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün xidmət etməyə başladım. İndi də qorumağa davam edirəm”.

Z. Əliyev əlavə edib ki, hazırda ölkədə vəziyyət kritikdir:

“Müharibə 2014-cü ildən davam edir və əminəm ki, biz birlikdə işğalçıya qalib gələ biləcəyik. İstiqamətimiz intensiv atəşə tutulur, buna baxmayaraq, biz müharibə uğurlu nəticələr əldə edirik”.