Bakıda xarabalığı xatırladan park – VİDEO

0
379

Metronun “Azadlıq” stansiyası  yaxınlığında yerləşən park və ya bir vaxtlar uşaqlar üçün atraksionlar, vətəndaşların dincəlməsi üçün skamyalar da qoyularaq, abadlaşdırılan  bir ərazi indi əsl xarabalığı xatırladır. Abad bir ərazini kim bu hala salıb, məqsəd nədir? Müqəssir kimdir? Aydınlaşdırmağa çalışmışıq. 

Səkilər və bəzək daşları dağıdılıb, pilləkənlər yararsız hala salınıb. Parkın ərazisi isə zibilxananı xadırladır.

Yerə döşənən daşların yarıdan çoxu məhv edilib, ətrafdakı ağacların əhatəsinə müxtəlif tikinti tullantıları tökülüb.

Görüntülər metronun “Azadlıq” stansiyası yaxınlığında yerləşən parkdandır.

Binəqədi rayon icra hakimiyyətindən bildirildi ki, həmin əraziyə rəsmi park statusu verilməyib. Sadəcə abadlaşdırılmış bir sahədir. Sözügedən problemə gəldikdə isə, qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva bildirdi ki, məsələ ilə bağlı artıq məhkəməyə müraciət olunub.

Məsələ ilə bağlı “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov ilə əlaqə saxladıq. MTK rəhbəri bildirdi ki, ərazinin o hala salınmasında onun tikinti şirkətinin heç bir günahı yoxdur.

Sakinlər parkın ərazisinin tezliklə abadlaşdırılacağı günü səbrsizliklə gözləyirlər.

Videoya aşağıdakı linkdən baxa bilərsiniz

https://daytube.az/az/embed/124080