Türk Dövlətləri Təşkilatı Qazaxıstana görə təcili toplanır

0
384

Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirləri Qazaxıstandakı siyasi vəziyyətlə əlaqədar fövqəladə toplantı keçirəcəklər.

Bu barədə razılıq Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun Qazaxıstanın xarici işlər naziri səlahiyyətlərini icra edən Muxtar Tleuberdi ilə telefon danışığı zamanı əldə edilib.

Görüş yanvarın 11-də videokonfrans formatında baş tutacaq.