2-ci mərtəbədən yıxılan uşağı paltar ipi xilas etdi – VİDEO

0
649

Türkiyədə 2-ci mərtəbədəki evlərinin eyvanından beton zəminə düşən 2,5 yaşındakı uşaq alt mərtəbədəki eyvanda olan paltar ipi sayəsində qəzadan yüngül sıyrıqlarla xilas olub. Kiçik uşağın eyvandan düşmə anı isə təhlükəsizlik kameralarına anbaan qeyd edilib.

Məlumata görə, evlərinin eyvanında oynayan daun sindromlu uşaq qəflətən aşağı yıxılıb. Ailəsinin vəziyyəti fərq etməsindən sonra hadisə yerinə təcili xidmət və polis əməkdaşları sövq edilib.
Qeyd edək ki, uşağın vəziyyətinin normal olduğu və faktla bağlı istintaq başlanıldığı bildirilib.