“Əliabbas” 25 il sonra… – FOTO

0
459

Aktyor İlham Qasımov sosial şəbəkədə maraqlı paylaşım edib.

O, 25 il əvvəl çəkildiyi “Yuxu” filmindəki motosikletinə yenidən minib.

Qasımov üzərində “Əliabbasa azadlıq” yazılan motosikletlə fotosuna “Elə bu günlərdə çəkiliş gedirdi , düz 25 il əvvəl” sözlərini yazıb.

Qeyd edək ki, “Yuxu” filmində mərhum Xalq artistləri Nəsibə Zeynalova, Siyavuş Aslan, Yaşar Nuri, Zərnigar Ağakişiyeva rol alıblar.