Əfqanıstanda dəhşətli partlayış – 32 nəfər həlak oldu…

0
573

Əfqanıstanda dəhşətli partlayış baş verib.
Hərat şəhərində yol kənarında yerləşdirilən bomba avtobusun ərazidən keçməsi zamanı partlayıb. Nəticədə 32 nəfər dünyasını dəyişib, 15 nəfərin isə ağır yaralandığı bildirilir.
Avtobusun Farahdan Hərata getdiyi bildirilir. Polisin açıqlamasına görə partlayışı hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.