Əcnəbi vətəndaşı döyüb pulunu və mobil telefonunu aldılar

0
518

Əcnəbi vətəndaşı döyüb pulunu və mobil telefonunu aldılar

Avqustun 15-də saat 1 radələrində 2 naməlum şəxs Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində əcnəbi vətəndaşı döyüb 70 manat pulunu və mobil telefonunu alıblar.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Y.Heydərov və əvvəllər məhkum olunmuş Y.Novruzov saxlanılıblar.