ZƏFƏR Bayramın mübarək olsun Azərbaycan!

0
207

Bu gün Qəbələ rayonun Cümə məscidində ZƏFƏR bayramı münasibətilə tədbir keçirilmişdir

Tədbirdə şəhid ailələri , məktəblilər, məscidin müəllim kollektivi, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri iştirak etmişdilər.

Əvvəlcə şəhidlərin ruhuna dualar oxunmuşdur.

Azərbaycan Dövlət himni səsləndirilmiş, bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra məktəblilər Vətənpərvərlik mövzusunda kompozisiyalar nümayiş etdirmişdir.

Məktəb müəllimləri Rəhimova Arzu müəllimə şəhid analarına hədiyyə vermiş, onlarla qürur duyduğunu söyləmişdir.

Tədbir çay süfrəsi arxasında davam etmişdir

Şəhid anaları çıxış edərək tədbir təşkil edən müəllim kollektivinə təşəkkürlərini bildirmişdir.

Zəfər bayramınız mübarək olsun!

Təranə Alməmmədova

“Xarıbülbül Əbədi Məclisin “, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri