Xəzər dənizindəki estakada yanğını ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO – YENİLƏNDİ

0
637


Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində estakadalardan birində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Bakı şəhərinin Səbail rayonunda Xəzər dənizində (sahilə yaxın ərazidə) “Xəzər-3” qurğusunda söküntü işləri aparılan zaman yanğın baş verib.

Yanğın nəticəsində 50 m² sahədə yağ və mazut qalıqları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***12:41
Bakının Qaradağ rayonu hissəsində estakalardan biri yanır.

Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, hazırda ərazidə qatı böyük duman kütləsi müşahidə edilir.

Əraziyə çoxlu sayda yanğınsöndürən maşın cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.