Vətənin Təhlükəsizliyinin Müdafiəçilərinə!

23 Avqust 2025-ci il – Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə

Hörmətli Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşları!

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, İctimai Nəzarət Koalisiyası və Sabitlik və İnkişaf Mərkəzi İB adından sizləri peşə bayramınız – 23 Avqust münasibətilə ürəkdən təbrik edirik!
Bu gün, vəzifənizin ən yüksək məsuliyyətini daşıyan, vətənpərvərlik və sədaqət ruhunda çalışan hər birinizə hörmət və minnətdarlığımızı bildirmək imkanıdır.
Sizlər, Prezidentin Təhlükəsizlik Xidmətinin çətin və bir o qədər də şərəfli vəzifəsini daşıyırsınız. Vəzifəniz təkcə bir şəxsin deyil, bütövlükdə dövlətimizin, onun suverenliyinin və sabitliyinin təminatçısı olmaqdır. Gecə-gündüz, istirahət və bayram günlərində belə, dözüm və cəsarətlə, yüksək peşəkarlıqla öz borcunuzu yerinə yetirirsiniz. Sizin səyləriniz, diqqət və məsuliyyətiniz sayəsində ölkəmizin rəhbəri öz fəaliyyətini etibarlı şəkildə həyata keçirir, bu isə bütün Azərbaycanın inkişafı və rifahı üçün əsas təminalardan biridir.
Əmin olun ki, xalqımız və biz, vətəndaş cəmiyyəti nümayəndələri, sizin bu əzmi-vəfalı xidmətinizi yüksək qiymətləndiririk. Sizin işiniz görünməz ola bilər, lakin onun dəyəri və əhəmiyyəti həddən artıq böyükdür. Hər addımınızda nümayiş etdirdiyiniz peşəkarlıq, sədaqət və vətən sevgisi nümunəvi xarakter daşıyır.
Bu şərəfli bayram günündə sizə və sizin qiymətli ailə üzvlərinizə dərin hörmət və təşəkkürlərimizi bildiririk. Ailə üzvləriniz də sizin mərdlik yolunuzda dayaq olduqlarına, sizə dəstək olduqlarına görə xüsusi ehtirama layiqdirlər.
Sizə möhkəm can sağlamlığı, fəaliyyətinizdə uğurlar, xidmət yolunuzda asanlıq və əmin-amanlıq arzulayırıq. Qoy sizin səyləriniz həmişə Azərbaycanın daha da möhkəmlənməsinə və dünyada mövqeyinin daha da artmasına xidmət etsin!

Peşə bayramınız mübarək olsun!

Ehtiramla,

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi
İctimai Nəzarət Koalisiyası
Sabitlik və İnkişaf Mərkəzi