Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda bu gün səhər saatlarında silsilə zəlzələlər qeydə alınıb.
Bu barədə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə 07:16-da maqnitudası 4.7 olan yeraltı təkanlar baş verib. Zəlzələnin ocağı 12.31 kilometr dərinlikdə yerləşib.
Bundan 4 dəqiqə sonra 4.3 bal gücündə iki zəlzələ qeydə alınıb.




