Türkiyədə ağır qəza: çox sayda yaralı var

Türkiyənin Adıyaman vilayətində ağır yol qəzası baş verib.

Mikroavtobusun elektrik dirəyi ilə toqquşması nəticəsində səkkiz nəfər yaralanıb.

Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma başladılıb.