Son 1 həftədə Rusiya-Gürcüstan sərhədindən 115 min nəfər keçib

0
157

Son 1 həftə ərzində “Yuxarı Lars” gömrük-keçid məntəqəsi vasitəsi ilə Rusiya-Gürcüstan sərhədini hər iki istiqamətə 115 min nəfər keçib.

Gürcüstan bürosu xəbər verir ki, bu barədə Şimali Osetiyanın hökumət rəsmisi İrbek Tomayev bildirib.

Onun sözlərinə görə, bu göstərici əvvəlki həftə ilə müqayisədə 23,3 % çoxdur.

İ. Tomayev əlavə edib ki, son 1 həftədə hər iki istiqmətdə 37 500 nəqliyyat vasitəsi hərəkət edib. Onun sözlərinə görə, hazırda Rusiya-Gürcüstan sərhədində 3500 minik avtomobili və 1300 yük maşını növbə gözləyir.