Səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar

Səhiyyə Nazirliyi məlumat yayıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq sərəncamları ilə Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad olunublar.