Şəhidlər ölməz…

0
196

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin(DAMM ) l- Vitse -Prezidenti Ruhiyyə Poladovanın başçılıgı ilə
Mərkəzin Ekspertlər Şurasının sədri ,AJB – nın üzvü,”Xarıbülbül” Ədəbi Məclisinin sədri Məzakət Kərimova Əhmədova , Nəzarət Təftiş Komissiyasının sədri Samir Orucov, Ədliyyə Nazirliyinin əməkdaşları Yeni Günəşlidəki baş leytenant Bünyadəli Pələngov adına 285 nömrəli orta məktəbdə agacəkmə aksiyası keçirmişlər.Məktəbin direktoru Çinarə Cəbrayılova,direktor müavini Rəna Quliyeva,hərbi müəllim Vasif Heydərov,ədəbiyyat müəlllimi Yeganə Qurbanova və şagirdlərlə birgə şəhidlərin xatirəsinə məktəbin ərazisində xeyli agac əkmişlər.Qonaqlar məktəblə tanış olmuş,foyedə Zəfər gününə həsr olunmuş foto-stend, şəhidlərimizin xatirə lovhəsi,Vətən müharibəsinə həsr olunmuş rəsmlər,əl işləri və digər sərgilərlə
tanış olmuş ,məktəbin pedaqoji kollektivinə yeni yeni ugurlar diləmişlər..Sonda xatirə şəkillləri çəkildi

Nəzakət Eminqızı,

AJB – nin üzvü,DAMM-nin əməkdaşı