ABŞ prezidenti Donald Tramp dekabrda Mayami yaxınlığında keçiriləcək G20 sammitində Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakına qarşı olmadığını bildirib.
Tramp jurnalistin Zelenskini “Böyük iyirmilik” (G20) sammitinə dəvət edib-etməyəcəyi ilə bağlı sualını cavablandırarkən buna maneə görmədiyini deyib.
“Bəli, bunda heç bir problem yoxdur”, – deyə ABŞ prezidenti bildirib.
Tramp, həmçinin Rusiya ilə Ukrayna arasında müharibənin yaxın gələcəkdə başa çatacağını düşündüyünü vurğulayıb.
Qeyd edək ki, G20 sammiti dekabr ayında ABŞ-nin Florida ştatında, Mayami şəhərinin yaxınlığında keçiriləcək.



