İrandan genişmiqyaslı müharibə mesajı – “Bütün ssenarilərə hazırıq”

İran hakimiyyəti genişmiqyaslı müharibənin başlama ehtimalını istisna etmir və silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətində saxlayır.

Bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera” telekanalının efirində bildirib.

“Biz müharibənin başlama ehtimalını istisna etmirik və bütün ssenarilərə hazırıq”, – deyə o bildirib.

Araqçi qeyd edib ki, İran silahlarını modernləşdirib, zəif tərəflərini aradan qaldırıb və yeni silah növlərini sınaqdan keçirib. Onun sözlərinə görə, İran qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir.

Bundan əvvəl İranın Hörmüz boğazında gəmiçiliyin bərpası müqabilində ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın dayandırılması təklifini Pakistan vasitəsilə ABŞ administrasiyasına çatdırdığı bildirilmişdi. İran tərəfi iki əsas məsələnin diplomatik yolla həllini təklif edib: Hörmüz boğazında normal gəmiçiliyin bərpası və ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılması.