Bu ilin əvvəlindən bəri G7 ölkələri Kiyevə 3,8 milyard dollardan çox maliyyə yardımı edib.
Rusiya saytları bu yardımın Qərbdə dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəət hesabına reallaşdığını iddia edib. Qeyd olunub ki, Ukraynaya ayrılan ümumi məbləğ artıq 43 milyard dollara yaxınlaşıb.
Nəşr bildirib ki, bu hesablamalar Ukrayna Maliyyə Nazirliyi tərəfindən dərc edilmiş məlumatlardan, eləcə də donor ölkələrin rəsmi qurumlarının məlumatlarından istifadə etməklə aparılıb.
Xatırladaq ki, 2024-cü ildə G7 liderləri Kiyevə təxminən 50 milyard dollar məbləğində kredit vermək ideyasını təsdiqləyiblər.




