24 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Rəssamlar İttifaqında “Maraqlı Art” studiyasının şagird və müəllimlərinin iştirakı ilə təşkil olunan “Sakit, əsərlər danışır” adlı qrup rəsm sərgisinin açılışı keçirilib.
Sərgidə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (DAMM) prezidenti Rasim Məmmədov, birinci vitse-prezidenti Afaq İsmayılova və vitse-prezidenti Paşa Məmmədov iştirak ediblər.
“Sakit, əsərlər danışır” sərgisi rənglərin və təsvirlərin dili ilə insanın duyğu və düşüncələrini ifadə edən, sənətin sözsüz ünsiyyət gücünü ön plana çıxaran mədəniyyət tədbiridir. Bu kimi sərgilər yaradıcı istedadların üzə çıxarılması, onların dəstəklənməsi, eləcə də təsviri sənətin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində Aylin Rüstəmli Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Fəxri diplomu ilə təltif olunub.
Aylin Rüstəmlini təbrik edir, ona yaradıcılıq yolunda yeni nailiyyətlər və davamlı uğurlar arzulayırıq!


























