Çin vətəndaşlarına İranı tərk etmələri barədə xəbərdarlıq edib.
Bu barədə Çinin İran səfirliyi bəyanat yayıb.
Bildirilib ki, mümkün ABŞ hərbi hücumu təhlükəsi səbəbindən hazırda İranda qalmaq risklidir.
Xəbərdarlıqda Çin vətəndaşlarına İrana səyahət etməkdən çəkinmələri tövsiyə olunub. Həmçinin, hazırda ölkədə olanlardan təhlükəsizlik tədbirlərini artırmaları xahiş edilib.
“Çinin İrandakı və qonşu ölkələrdəki səfirlikləri və konsulluqları Çin vətəndaşlarına dəstək verəcək, kommersiya uçuşları və quru yolu ilə transferlər təşkil ediləcək”, – bəyanatda qeyd olunub.




