Puqaçova “varisini” elan etdi – VİDEO

0
428

Rusiya estradasının primadonnası Alla Puqaçova müğənni Svetlana Lobodanı özünün sənət varisi elan etdi.

Bu haqda videonu Loboda Instagram səhifəsində paylaşıb.

Hadisə bəstəkar İqor Krutoyun 65 illik yubileyinə həsr olunmuş yaradıçılıq gecəsində baş verib.

Videoda Puqaçova zarafatla özündən sonra “daha birisinin” olduğunu bəyan edir.

Videonu şərh edən Loboda xeyir-duaya görə primadonnaya təşəkkürünü bildirib.