Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Viktor Vasilyev Ermənistanın təşkilatın orqanlarında səsvermə hüququndan məhrum edilməsinin yalnız konsensus əsasında mümkün olduğunu bildirib.
O, noyabrın 11-də Moskvada keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclasında bu məsələnin dövlət başçıları tərəfindən müzakirə oluna biləcəyini deyib.
Vasilyev qeyd edib ki, əgər belə qərarın qəbuluna ehtiyac yaranarsa, o, yalnız təşkilata üzv ölkələrin yekdil razılığı ilə veriləcək.
Rusiyalı diplomat əlavə edib ki, KTMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlət təşkilatın büdcəsinə olan borcunu iki il ərzində ödəmədiyi halda onun səsvermə hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulur.




